ain.az bildirir, Qol.az portalına istinadən.
İspaniya millisi dünya rekordunu təkrarladı
İspaniya millisi ötən gecə İtaliyanın dünya rekodunu təkrarlayıb.
QOL.az xəbər verir ki, bu haqda AS məlumat yayıb.
İspaniya yığması DÇ-2026-nın 6-cı turu çərçivəsində evdə Türkiyə ilə heç-heçə edib. Nəticədə komanda məğlubiyyətsiz oyunlar seriyasını 31 matça çatdırıb. Bununla da İspaniya millisi İtaliyanın rekordunu təkrarlayıb.
İspaniya 2023-cü ildən etibarən uduzmur. İtaliya isə 2018-2021-ci illərdə eyni göstəriciyə malik olub.
İspaniya son dəfə 2023-cü ilin martında Avro-2024-ün seçmə mərhələsində Şotlandiya ilə görüşdə məğlub olub. Oyun 0-2 hesabı ilə başa çatıb.
Bu müddət ərzində İspaniya millisi 2023-cü il Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.