AZ

Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar

style='margin-bottom:10px;'>

Kurasao millisi tarixi bir uğura imza atıb.

QOL.az xəbər verir ki, komanda bunu DÇ-2026-da iştirak hüququ əldə etməklə bacarıb.

Belə ki, Kurasao yığması mundiala vəsiqə qazanan ən kiçik ölkə olub. Sözügedən ölkənin cəmi 156 min əhalisi var.  Kurasao millisi bu göstəricidə İslandiyanın rekordunu qırıb. 

Kurasao yığmasının hazırkı baş məşqçisi Dik Advokatdır. O, 2024-cü ilin yanvarından yığmanı çalışdırır. 

Həmçinin qeyd edək ki, bu yığma tarixində ilk dəfə mundialda çıxış edəcək.

Xatırladaq ki, Kurasao millisi ilə yanaşı, daha 36 komanda DÇ-2026-ya vəsiqə qazanıb. Bunlar Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Seneqal, Kot-d'İvuar, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Almaniya, Niderlanddır. ABŞ, Kanada və Meksika isə ev sahibləri kimi DÇ-2026 üçün birbaşa iştirak hüququ əldə ediblər. 

Seçilən
51
3
teleqraf.com

6Mənbələr