Kurasao yığması gələn il keçiriləcək DÇ-2026-ya vəsiqə qazanıblar.

Offsideplus.az xəbər verir ki, Dik Advokatın çalışdırdığı komanda son turda Yamayka ilə qolsuz heç-heçə edərək Şimali Amerika zonası üzrə qrupunu lider bitirib.

Onlar tarixlərində ilk dəfə bu uğura imza atıblar.

Qeyd edək ki, Kurasaonun cəmi 156 min əhalisi var.