AZ

Türkiyə İspaniyada qələbəni əldən verdi, Şotlandiyadan dramatik sonluq

style='margin-bottom:10px;'>

Bu gün DÇ-2026-nın seçmə mərhələsində Avropa zonası üzrə qrup oyunlarına yekun vurulub.

QOL.az xəbər verir ki, son gündə 5 qrupda 10 matç keçirilib.

E qrupunda Türkiyə İspaniyanın qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Beləliklə, İspaniya 16 xalla qrup birincisi kimi dünya çempionatında iştirak edəcək. Türkiyə yığması 13 xal toplayıb və DÇ-2026-ya düşmək üçün pley-offda iştirak edəcək.

C qrupunda Şotlandiya Danimarlanı 4:2 hesabı ilə üstələyib. Gərgin keçən oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Meydan sahibləri 90+3 və 90+9-cu dəqiqədə vurduğu qollarla vacib qələbə qazamaraq xallarını 13-ə çatdırıb. Komanda qrup lideri kimi mundiala yollanır. Danimarka 11 xalla ikincidir və pley-off oyunlarında iştirak edəcək.

B qrupunda İsveç Sloveniya ilə, Koso İsveçrə ilə 1:1 hesablı heç-heçə edib. Nəticədə İsveçrə (14 xal) B qrupunda birinci yeri tutaraq dünya çempionatına birbaşa vəsiqə qazanıb. Kosovo (11 xal) isə ikinci yeri tutaraq pley-off mərhələsində mübarizə aparacaq.

H qrupunda Avstriya Bosniya və Herseqovina ilə 1:1 hesablı heç-heçə edib. Rumıniya isə San-Marinonu 7:1 hesabı ilə üstələyib. Beləliklə, Avstriya 19 xal toplayaraq qrup birincisi kimi dünya çempionatına vəsiqə qazanıb. 17 xalı olan Bosniya və Herseqovina pley-offda iştirak hüququ əldə edib. 

J qrupunda hər iki oyunda darmadağın hesabı qeydə alınıb. Bekçika Lİxtenşteyni 7:0, Ules Şimali Makedoniyanı 7:1 hesabı ilə məğlub edib.  Belçika 18 xalla qrup lideri kimi mundiala birbaşa vəsiqə qazanıb. 16 xalı olan Uelas isı pley-off oynayacaq.

DÇ-2026, seçmə mərhələ

18 noyabr

B qrupu

23:45 İsveç – Sloveniya - 1:1

Qollar: Lundqren, 87 – Elsnik, 64.

23:45 Kosovo – İsveçrə - 1:1

Qollar: Musliya, 74 – Varqas, 47.

C qrupu

23:45 Belarus – Yunanıstan - 0:0

23:45 Şotlandiya – Danimarka - 4:2

Qollar: Maktominey, 3. Şenklend, 78. Tirni, 90+3. Maklin, 90+9 – Höylund, 57-pen. Dorqu, 82.

E qrupu

23:45 İspaniya – Türkiyə - 2:2

Qollar: Olmo, 4. Oyarsabal, 62 – D.Gül, 42. S.Özcan, 54.

23:45 Bolqarıstan – Gürcüstan - 2:1

Qollar: Rusev, 10. Krastev, 24 – Loxoşvili, 88.

H qrupu

23:45 Avstriya – Bosniya və Herseqovina - 1:1

Qollar: Qreqoriç, 78 – Tabakoviç, 12.

23:45 Rumıniya – San Marino - 7:1

Qollar: D.Rossi, 13-öz qapısına. Bayaram, 29. Man, 42. Valentini, 57-öz qapısına. Haci, 76. Ratiu, 82. Munteanu, 86-pen – Cakopetti, 2.

J qrupu

23:45 Belçika – Lixtenşteyn - 7:0

Qollar: Vanaken, 3. Doku, 34; 41. Mexele, 52. Salemakers, 55. De Keletare, 57; 59.

23:45 Uels – Şimali Makedoniya - 7:1

Qollar: H.Uilson, 18-pen; 75; 81-pen. Bruks, 21. B.Conson, 37. D.Ceyms, 75. Brodhed, 88 – Miovski, 23.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr