AZ

Robotları müəssisələrdə işləməyə göndəriblər

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şenzhen şəhərindəki "UBTech Robotics" şirkəti Çin texnologiya tarixində ilk dəfə yüzlərlə "Walker S2" humanoid robotunu sənaye müəssisələrinə işləməyə göndərib. Şirkətdən bildiriblər ki, noyabr ayının ortalarından istehsal sürətlənib və ilk humanoid robotu partiyası artıq əlavə işçi qüvvəsinə ehtiyacı olan yerli, həm də xarici tərəfdaşlara çatdırılıb.Reyting.az xəbər verir ki, sifarişçilər arasında "BYD", "Geely Auto", "FAW-Volkswagen" və "Dongfeng Liuzhou Motor" kimi beynəlxalq arenada markaları ilə tanınmış aparıcı avtomobil istehsalçıları var.Məlumata görə, ilk sınaqlar robotların laboratoriyadan kənarda, fabriklərdə, eləcə də anbarlarda stabil, qüsursuz işlədiyini göstərib."Walker S2" modelindən olan humanoid robotun əsas üstünlüyü onun batareyanı insan müdaxiləsi olmadan asanlıqla, həm də bir neçə dəqiqə ərzində dəyişmək bacarığıdır ki, bu da, dayanma müddətini tamamilə minimuma endirir. Çinin "UBTech Robotics" şirkətinin təmsilçiləri deyiblər ki, belə bir dəqiq üstünlük, cəld və bacarıqla çalışmaq yeni robotlara həm də uzunmüddətli fasiləsiz növbələrdə işləməyə imkan verir.Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
reyting.az

2Mənbələr