AZ

Ağ Evdə KRİTİK GÖRÜŞ: ABŞ bu ölkəyə 48 ədəd beşinci nəsil qırıcı sata bilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb

Publika.az xəbər verir ki, Bin Salmanın “Mercedes”i atlı mühafizəçilərin müşayiəti ilə Ağ Evə gəlib.

Onu qapıda ABŞ-ın yüksək səviyyəli rəsmiləri, o cümlədən Trampın özü, ABŞ dövlət katibi Marko Rubio, ABŞ vitse-prezidenti J.D.Vens və digər siyasətçilər qarşılayıblar.

Bin Salmanın səfər proqramına Oval kabinetdə danışıqlar, Nazirlər Kabinetinin otağında işçi nahar və rəsmi şam yeməyi daxildir.

Seçilən
77
2
publika.az

3Mənbələr