AZ

MİRAS xarici müştəri bazarını genişləndirməyi hədəfləyir

Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ilk dəfə “Dubai Airshow 2025” aviasiya sərgisində stendlə təmsil olunur.

“Poliqon” xəbər verir ki, bu sərgidə Azərbaycandan yalnız MİRAS şirkəti stendlə iştirak edir.

“MİRAS Hərbi-Sənaye Şirkəti” MMC sərgidə müasir çağırışlara cavab verən, qabaqcıl texnologiyalar əsasında formalaşdırılmış servis, inteqrasiya, texniki qulluq və təmir xidməti imkanlarını müştərilərə təqdim edir.

“Dubai Airshow 2025” sərgisində “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC-nin Layihələrin İdarəedilməsi Departamentinin rəhbəri Əhəd Əzizov “Poliqon”a açıqlama verib.

O bildirib ki, “Dubai Airshow 2025” sərgisində ilk dəfə stendlə təmsil olunan MİRAS şirkəti, müştərilərə öz məhsullarını təqdim edir: “Məhsullarımız əsasən, göstərdiyimiz xidmətlərdən ibarətdir. Bunlar texniki xidmət, servis xidməti, silah-texnikanın təmiri və modernləşdirilməsidir. “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ümumilikdə həm Quru Qoşunları, həm Hərbi Dəniz Qüvvələri, həm də Hərbi Hava Qüvvələrinin maraqlarına uyğun olaraq çıxış edir. Həmçinin şirkət öz xidmətlərini xarici müştərilərə də təqdim edir”.

MİRAS-ın sərgidə iştirakı barədə danışan Ə.Əzizovun sözlərinə görə, şirkət stendi həm dizayn, həm də yerləşmə nöqtəsi baxımından digər stendlərdən çox böyük dərəcədə fərqlənir.

Departament rəhbəri qeyd edib ki, MİRAS-ın təkcə “Dubai Airshow”dan deyil, eləcə də digər sərgilərdən gözləntisi xarici müştəri bazarını genişləndirməkdir.

“Artıq sərginin ilk saatlarından etibarən bir neçə xarici müştəri stendimizə yaxınlaşaraq xidmətlərimizlə maraqlanıb. Biz onların bir sıra suallarını cavablandırmışıq. Ümid edirik ki, bu proses gələcəkdə də genişlənəcək. Ən əsas gözləntimiz müştəri bazarını genişləndirmək və xidmətlərimizi daha geniş regionlara təqdim etməkdir”, – deyə Əhəd Əzizov vurğulayıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

583640151

WhatsApp

Seçilən
76
1
poliqon.az

2Mənbələr