Qlobal internet şəbəkəsində texniki problemlər yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “Cloudflare” şirkəti məlumat verib.
Şirkət bildirib ki, baş verənlər bütün dünya üzrədir.
Qeyd edək ki, Azərbaycanın media məkanındakı bir sıra saytlar da baş verənlərdən təsirlənib.
“Cloudflare” veb-saytların sürətli, təhlükəsiz və fasiləsiz fəaliyyət göstərməsinə kömək edən internet xidmətləri şirkətidir.