Bakı. Trend:
17 Noyabr – Milli Dirçəliş Günündə Azərbaycanın TürkiyədəkiSəfirliyinin təşəbbüsü və “PAŞA Həyat Sığorta” ASC-nin sponsorluğuilə “Taşları Toplama Zamanı” kitabının türk dilində nəşrinin GaziUniversitetində təqdimat mərasimi baş tutdu.
Trend xəbər verir ki, tədbirdə PAŞA Həyat-ın İdarə Heyətininsədri Ülviyyə Cabbarova, İRS nəşriyyat evinin baş redaktoru MusaMərcanlı, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, GaziUniversitetinin Rektor köməkçisi Prof. Dr. Necdet Hayta,professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
PAŞA Həyat-ın İdarə Heyəti sədri Ülviyyə Cabbarova çıxışındaAzərbaycan və Türkiyə arasındakı münasibətlərin əsasında Birmillət, iki dövlət fəlsəfəsinin dayandığını vurğulayıb. O qeyd edibki, bu qardaşlıq bağları təkcə siyasi və iqtisadi deyil, həm dəmədəni və mənəvi dəyərlər üzərində qurulub.
Təqdim etdiyimiz “Taşları Toplama Zamanı” kitabı QərbiAzərbaycanda illər boyu dağıdılmış, izləri silinmiş memarlıqabidələrini, dini məkanları, tarixi yaşayış yerlərini və sənədlisübutları bir araya gətirir. Qərbi Azərbaycana dair toplanmışmateriallar xüsusilə önəmlidir. Çətinliklərə rəğmən, vaxtiləazərbaycanlıların yaşadığı onlarla kənd sənədləşdirilmiş, foto vəfaktoloji sübutlar toplanmışdır. Bu materiallar həmin torpaqlarınxalqımıza məxsus qədim yurd yeri olduğunu bir daha təsdiqləyir.