AZ

“Qısa videoların böyük təhlükəsi" - Psixoloqdan xəbərdarlıq

Son illər "TikTok" trendləri gənclər arasında sürətlə yayılaraq onların davranış və düşüncə tərzinə təsir edən əsas sosial platformaya çevrilib. Qısa videoların yaratdığı vizual axın sosial müqayisəni artırır və gənclərin psixoloji vəziyyətinə birbaşa təsir edir. Bu proses emosional sabitliyin pozulmasına və özgüvən hissinin zəifləməsinə səbəb ola bilər.

Mövzu ilə bağlı Missiya.Az-a danışan klinik psixoterapevt Rövşən Nəcəfov bildirib ki, insanlar çox zaman faydalı olmayan mövzulara daha çox maraq göstərirlər.

Onun sözlərinə görə, zehni əmək tələb etməyən hər bir məzmun beyində rahatlıq yaratdığı üçün "TikTok" trendləri sürətlə istehlak olunur:

“TikTok" əyləncə platformasıdır və bu trendlərin insanın özünə və ya başqalarına real faydası yoxdur. Orada elm axtarmağın özü absurddur. Sağlam düşüncəyə sahib olan insan əyləncə ilə digər fəaliyyətlər arasında balans qura bilməlidir.

Bütün günü "TikTok"da vaxt keçirmək həyat tərzinə çevriləndə rəqəmsal asılılıq formalaşır. Bu isə insanın şəxsi, iş və sosial münasibətlərinə ciddi zərər vurur. Platformada kimlərsə boş video çəkərkən, kimlərsə həmin vaxtın hesabına varlanır və bu proses korporativ alqoritmlərin insan psixikasındakı komfort zona axtarışından istifadə etməsi ilə bağlıdır".

R.Nəcəfov əlavə edib ki, qısa, mənasız və fasiləsiz informasiya axını insanda komfort zona yaradır və insanlar bu zonadan çıxmaq istəmədikləri üçün aqressiya, təşviş, qorxu kimi psixi əlamətlər yaşamağa başlayırlar:

“Bu mərhələdə düşüncə və davranış adekvatlığını itirə bilər. Belə hallarda psixi sağlamlıq mütəxəssisinə müraciət vacibdir. Bəzən psixiatrın dərman müalicəsi təxirəsalınmaz olur, psixoloji terapiyada isə pasiyentin düşüncə və davranışları müsbət istiqamətə yönləndirilməlidir,” – deyə o qeyd

 edib.

Seyranə Quliyeva

Missiya.AZ

Seçilən
44
missiya.az

1Mənbələr