AZ

Bahçeli: "Məhkəmə TRT-də canlı göstərilsin"

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Milli Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli, İstanbulun keçmiş meri Ekrem İmamoğlunun məhkəməsinin ölkənin eleviziya kanallarında canlı yayımlanmasına çağırıb.

Bahçeli partiyasının parlament fraksiyasının iclasındakı çıxışı zamanı deyib: "Məhkəmə iclası, dövlətin TRT kanalı da daxil olmaqla, televiziyalarda canlı yayımlanmalıdır. Türkiyə xalqı baş verənləri görməli və anlamalıdır".

Onun sözlərinə görə, İstanbul bələdiyyəsinə qarşı korrupsiya ittihamlarının araşdırılmasını canlı izləmək imkanı demokratik institutlara ictimai etimadı gücləndirməyə kömək edəcək.

Ondan əvvəl İmamoğlu özü də məhkəməsinin Türkiyə televiziyasında canlı yayımlanmasını təklif etmişdi.

Hürr Tərcüman

 

Seçilən
73
1
hurriyyet.az

2Mənbələr