AZ

Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Day.Az Trend-ə istinadən bildirir ki, Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 15 ailə, - 57 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

  • Ağdamın
  • Ağdamın
  • Ağdamın
  • Ağdamın
  • Ağdamın
  • Ağdamın
  • Ağdamın
  • Ağdamın
Seçilən
67
49
day.az

10Mənbələr