"New Lines" İnstitutunun Avrasiya təhlükəsizlik və rifah məsələləri üzrə baş direktoru Kamran Boxari Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci forumunda mühüm fikirlər səsləndirib. O bildirib ki, "Tramp marşrutu" (TRIPP) ABŞ-yə Cənubi Qafqazı Mərkəzi Asiya ilə əlaqə platforması kimi istifadə etməyə imkan verir ki, bu da Azərbaycanın strateji rolunu gücləndirir.
K. Boxari diqqətə çatdırıb ki, qlobal transformasiyalar və yeni geostrategiyanın formalaşması fonunda Cənubi Qafqazda güc balansı ciddi şəkildə dəyişib. SİTAT: "Region münaqişə məkanından geoiqtisadi dəhlizə çevrilmək şansı əldə edir. Burada əsas element Ermənistandan keçən, Azərbaycanın əsas hissəsini Naxçıvanla və daha sonra Türkiyə ilə birləşdirən dəhlizdir. Bu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun strateji nöqtəsidir", - ekspert bildirib.
Mətləb