BAKI, 18 noyabr. TELEQRAF
Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə “New Lines Institute”-un Avrasiya Təhlükəsizlik və Rifah Proqramının baş direktoru Kamran Bokhari noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin I Forumunda bildirib.
Onun sözlərinə görə, 8 avqust sammitindən sonra Rusiyanın regiondakı təsiri azalır və bu proses davam edəcək:
“Azərbaycan və Ermənistan üçün bu, müsbət nəticələr doğurur, Gürcüstan isə Moskvanın təsirindən əziyyət çəkir”.
K. Bokhari əlavə edib ki, Azərbaycanın regiondakı mövqeyi güclənir:
“Regionda İranın rolu da diqqətdən kənarda qalmır. Lakin son baş verən hadisələr, xüsusilə İsrailin regiondakı hərbi fəaliyyəti, İran daxilində rejim dəyişikliyini sürətləndirir. Nəticədə Azərbaycanın rolü Yaxın Şərqdə artır və regiondakı mövqeyi güclənir”.