BAKI, 18 noyabr. TELEQRAF
Naxçıvanın Ordubad rayonunda “Tik-tok” sosial şəbəkəsində nalayiq ifadələr işlədən şəxs inzibati məsuliyyətə cəlb edilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1987-ci il təvəllüdlü Vüqar Səlimov (ad-soyad şərti verilib – red.) bu ilin noyabrın 8-də, axşam saatlarında kafedə olarkən sosial şəbəkədə özünə məxsus olan “Tik-tok” şəbəkəsində canlı yayında olduğu zaman nalayiq sözlər işlədib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən V. Səlimov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Tik-tok şəbəkəsində canlı yayında olduğu zaman tanıdığı şəxsona zəng edib: “Həmin şəxs mənimlə zarafatlaşdı. İçkili olduğumdan canlı yayında olduğumu unutdum. Zarafatla nalayiq sözlər işlətdim. Hərəkətlərimdən səmimi peşmanam”.
Ordubad Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 70 manat məbləğində cərimə olunub.