Azərbaycanın U19 yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində maltalı həmyaşıdları ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, görüş Maltanın Ta Qali şəhərində keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Bu komandalar 13-cü qrupda mübarizə aparır. İki turdan sonra yığmamızın xalı yoxdur. Maltanın isə 1 xalı var.