Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Mərkəzi Asiya ABŞ üçün prioritet bölgədir".
APA xəbər verir ki, bunu Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con E. Herbst Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda deyib.
“Prezident Tramp özünü sülh təsisçisi kimi təqdim edir. Məncə, onun buna haqqı var. O, 9 münaqişə üzərində işləyir ki, onlardan biri də Azərbaycan-Ermənistan məsələsidir. ABŞ Mərkəzi Asiyanı prioritet bölgə hesab edir. Təsadüfi deyil ki, Vaşinqtonda keçirilən C5+1 sammitindən sonra Bakıda toplaşmışıq. Tezliklə bu platforma Azərbaycanın qoşulması ilə C6+1 olacaq. Bu baxımdan əlaqələrimizin əhəmiyyəti daha da artır”, - Con E. Herbst qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.