AZ

Ermənistan və Azərbaycan arasında öhdəliklər razılaşdırılıb

Ermənistan və Azərbaycan arasında öhdəliklər razılaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin I Forumunda bildirib.

“Ermənistan və Azərbaycan arasında öhdəliklər razılaşdırılıb. Sülh sazişi hazırdır və ümid edirik ki, Ermənistan konstitusiyasına lazım olan dəyişiklikləri tezliklə edərək sənədi imzalayacaq. Bu baxımdan 8 avqustda keçirilən Vaşinqton sammiti bizim üçün xüsusi əhəmiyyət daşıyır”,- o qeyd edib.

F. Şəfiyev əlavə edib ki, belə önəmli sammitin nəticələrinin müzakirə edilməsi beyin mərkəzləri üçün çox vacibdir.

Seçilən
75
teleqraf.com

1Mənbələr