Dünən axşam keçirilən oyunlardan sonra Almaniya və Niderland da DÇ-2026-ya vəsiqəni əldə edib.

Offsideplus.az xəbər verir ki, mundiala qatılmaq haqqı əldə edən ölkələrin sayı 34-ə çatıb.

Həmin millilər bunlardır:

Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Portuqaliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Almaniya və Niderland.

Qeyd edək ki, mundial ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə baş tutacaq. İyunun 11-də başlayacaq turnir iyulun 19-da baş çatacaq.