AZ

Britaniya “HMS Prince of Wales” aviadaşıyıcısını NATO dəstəyi olmadan istifadə edə bilməyəcək

Böyük Britaniya “HMS Prince of Wales” aviadaşıyıcısını müstəqil şəkildə əməliyyatlara cəlb edə bilməz və bunun üçün mütləq NATO müttəfiqlərinin dəstəyinə ehtiyac duyur.

APA xəbər verir ki, barədə Sky News müdafiə strukturlarındakı mənbələrə istinadən xəbər yayıb.

Mənbələrin sözlərinə görə, Britaniya Hərbi Dəniz Qüvvələri hazırda döyüş gəmiləri, yardımçı gəmilər və şəxsi heyət çatışmazlığı ilə üzləşir. Bu səbəbdən tamhüquqlu aviadaşıyıcı zərbə qrupunun formalaşdırılması üçün NATO ölkələrinin iştirakı zəruri sayılır.

Müsahiblərdən biri bildirib ki, London “NATO ancaq müşayiət təmin etdiyi halda alyansa dəstək verə bilər”.

Seçilən
70
apa.az

1Mənbələr