AZ

London və Vaşinqton 2028-dək Rusiyadan enerji asılılığını bitirmək istəyir

BAKI, 18 noyabr. TELEQRAF

Böyük Britaniya və ABŞ 2028-ci ilin sonunadək Rusiyadan alınan nüvə yanacağından tamamilə imtina etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə sentyabr ayında iki ölkə liderləri tərəfindən imzalanan “texnoloji tərəqqi” üzrə Anlaşma Memorandumunda qeyd olunur.

Sənəddə vurğulanır ki, vətəndaş nüvə energetikası sahəsində əməkdaşlıq hər iki ölkə üçün “müasir nüvə yanacağının təhlükəsiz və etibarlı təchizat zəncirinin qurulmasını və Rusiya yanacağından tam müstəqilliyin əldə edilməsini” nəzərdə tutur.

Bundan əlavə, London və Vaşinqton süni intellekt və kvant texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsini planlaşdırır.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Kir Starmer və ABŞ prezidenti Donald Tramp sözügedən anlaşmanı 18 sentyabrda Britaniya hökumət başçısının iqamətgahında imzalayıblar.

Seçilən
73
50
teleqraf.com

10Mənbələr