AZ

Tramp daha bir ölkəni hədəfə aldı

ABŞ prezidenti Donald Tramp Kolumbiyadakı narkotik fabriklərini məhv etməyə hazır olduğunu bildirib.

"Unikal" xəbər verir ki, Tramp belə tədbirlər görəcəyini təsdiqləməkdən imtina edib.

Jurnalistlərin sualına cavab olaraq siyasətçi bu cür hərəkətlərin milyonlarla insanın həyatını xilas etməyə kömək edəcəyini vurğulayıb. Lakin o, bu ideyanı həyata keçirmək üçün hər hansı bir öhdəlikdən açıq şəkildə uzaqlaşıb.

"Bu fabrikləri məhv edərdimmi? Şəxsən mən bunu etməkdən qürur duyardım. Bunu edəcəyimi demirəm, amma bunu etməkdən qürur duyardım, çünki bu, milyonlarla insanın həyatını xilas edəcək", - Tramp Ağ Evdə keçirilən sual-cavab sessiyasında deyib.

Seçilən
99
50
unikal.az

10Mənbələr