AZ

Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" festivalının açılışında iştirak etdi - Fotolar

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində görkəmli yazıçı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub.

Publika.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Mərkəzin direktoru Anna İbrahimbəyova layihəni dəstəkləyən və onun hazırlanmasında iştirak edən hər kəsə minnətdarlığını bildirib. Kurator Nigar Rzayeva qeyd edib ki, festival teatr, ədəbiyyat, kino, təsviri incəsənət və müasir düşüncəni bir araya gətirir, keçmişlə indiki zaman arasında canlı mədəni dialoq yaradır.

N.Rzayeva vurğulayıb ki, Maqsud İbrahimbəyovun eyniadlı pyesi əsasında yaradılan festival insanın böyük bir irəliləyişin astanasında dayandığı anı təsvir edir.

"Baş qəhrəman çaşqınlıq hiss edir. Bu yeni mərhələnin onu hara aparacağını bilmir. Bu gün biz də öz texnoloji, sürətli və həyəcanlı "bum"umuzda yaşayırıq. Dövrlər dəyişir, amma insanın daxili dünyası və əsas dəyərləri dəyişməz olaraq qalır", - deyə N.Rzayeva qeyd edib.

Seçilən
156
42
publika.az

10Mənbələr