ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Dezinformasiya ilə Mübarizə Mərkəzi: “Umerov hazırda planlaşdırılmış rəsmi ezamiyyətdədir”
Son günlərdə sosial mediada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəıri Rüstəm Umerovun ölkədən getdiyi və geri qayıtmaqdan imtina etdiyi barədə məlumatlar yayılıb. AYNA Ukrayna mediasına istinadən bildirir ki, ölkənin Dezinformasiya ilə Mübarizə Mərkəzinin 17 noyabr bazar ertəsi günü verdiyi məlumata görə, bu məlumat həqiqətə uyğun deyil.
Bildirilib ki, Umerov hazırda planlaşdırılmış rəsmi ezamiyyətdədir.
Məlumatda deyilir: "Bu gündən etibarən o ABŞ-dadır və orada Ukraynaya beynəlxalq dəstəyi gücləndirmək məqsədilə bir sıra işgüzar məsləhətləşmələr və görüşlər keçirir. Rüstəm Umerov dövlət rəhbərliyi ilə daimi işgüzar əlaqə saxlayır, verilən bütün tapşırıqları yerinə yetirir və təhlükəsizlik, müdafiə və humanitar siyasətin əsas məsələləri üzərində işləməyə davam edir".
Mərkəz ukraynalılardan və media orqanlarından ictimaiyyəti çaşdıran və Ukraynaya qarşı informasiya əməliyyatlarının maraqlarına xidmət edən təsdiqlənməmiş məlumatları yaymamağı xahiş edib.
Əlavə olunub ki, "rəsmi məlumatlar həmişə təsdiqlənmiş rabitə kanalları vasitəsilə dərc olunur".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.