AZ

“Met Gala 2026”nın mövzusu açıqlandı

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Vogue” redaktorları “2026 Met Gala” balının mövzusunu açıqlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “Vogue” jurnalının rəsmi saytında yayımlanıb.

Bildirilir ki, qarşıdakı yaz sərgisi kostyum sənətinə həsr olunacaq.

Metropoliten Muzeyinin baş direktoru Maks Holleyn deyib ki, bu sərgi həqiqətən valehedici bir muzey təcrübəsi olmaq potensialına malikdir:

“Kolleksiyamıza müxtəlif sahələrdən - heykəltəraşlıq və rəsmlərdən parçalar daxil ola bilər".

Həmçinin, sərgi ilə birlikdə muzeyin Böyük Zalı yaxınlığında təxminən 1115 kvadratmetrlik yeni məkanın açılacağı da açıqlanıb.

Muzeyin kuratoru Endryu Bolton isə bildirib ki, sərgi departament üçün dönüş nöqtəsi olacaq:

“Moda təkcə incəsənət tarixində deyil, həm də müasir mədəniyyətdə mühüm rol oynayır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
50
qafqazinfo.az

10Mənbələr