AZ

NATO qırıcıları Estoniyada aşağı yüksəkliklərdə manevrlər həyata keçirəcək

Bakı. Trend:

NATO qırıcıları 17-23 noyabr tarixlərində Estoniya üzərindəsilsilə təlim uçuşları həyata keçirəcəklər.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, manevrlər yerli vaxtla 10:00-22:00 saatlarıərzində aşağı yüksəkliklərdə (yüksəkliyin yerdən 152 metrdən azolmaması şərtilə) həyata keçiriləcək

Təlimlərdə qırıcılar Baltik respublikanın mülki aviasiya xidmətiilə əlaqələndirilmiş şəkildə səs sürətini üstələyən uçuş manevrləriyerinə yetirəcəklər.

Qeyd edək ki, Estoniyanın öz hərbi aviasiyası olmadığından onunhava məkanına nəzarət NATO-dan olan müttəfiqləri tərəfindən həyatakeçirilir.

Məqalədə:
Seçilən
43
az.trend.az

1Mənbələr