AZ

Azərbaycan neft məhsullarının ixracını artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 327 757,92 min ABŞ dolları dəyərində 587 805,75 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,06%, həcmi isə 18,6% çox olub.

Xatırladaq ki, ötən il Azərbaycan 334 918,14 min ABŞ dolları dəyərində 537 628,46 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin göstəricisi ilə müqayisədə 41,5%, həcmi isə 41,9% azalıb.

"Cebheinfo.az"

Seçilən
41
7
cebheinfo.az

8Mənbələr