AZ

Mədəniyyət Nazirliyi son günlər səsləndirilən iddiaları cavabladı

Bakı.Trend:

Son günlər sosial media istifadəçilərinin MədəniyyətNazirliyinin 2004–2022-ci illərlə bağlı səsləndirilən iddialarınadair diqqətinizə çatdırırıq ki, həmin dövrdə aşkarlanan qanunpozuntuları mövcud qanunvericilik çərçivəsində araşdırılıb, onlarahüquqi qiymət verilib və məsuliyyət tədbirləri tətbiq olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq MədəniyyətNazirliyindən bildirilib.

Qeyd edilib ki, bəzi sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinintəşkil etdiyi müxtəlif tədbirlərdə çıxış edən ifaçıların seçimqaydaları ilə bağlı faktlara söykənməyən məlumatlaryayılmaqdadır:

"Bununla əlaqədar ünvanlanan sorğuya cavab olaraq bildiririk ki,nazirliyin tabeliyində çalışan əməkdaşlar tərəfindən qanunsuzluqhallarına yol verilməsi barədə müraciətlər daxil olduqda nazirliktərəfindən qanunvericiliyə uyğun olaraq araşdırma aparılır, zərurihallarda toplanmış materialların obyektiv hüquqi qiymət verilməsiüçün hüquq mühafizə orqanlarına göndərilməsi təmin edilir".

Qurumdan bildirilib ki, incəsənət nümayəndələrinin dövləttədbirlərində iştirakına şərait yaradılmaması ilə bağlı şikayətlərəgəldikdə isə, Nazirliyin fəaliyyətinin 2004-2022-ci il dönəmləriniəhatə etdiyinə baxmayaraq, ötən il müəyyən qüvvələr tərəfindən birdaha aktuallaşdırılıb, Nazirlik tərəfindən bu iddialara baxılıb vəxidməti yoxlama aparılıb:

"Araşdırma nəticəsində konkret şəxslərin qanunsuz əməllərinisübuta yetirən faktlar və sübutlar təqdim edilməyib. Bu isəsəsləndirilən iddiaların əsassız olduğunu bir daha təsdiqləyir.Mədəniyyət Nazirliyinin təşkil etdiyi rəsmi tədbirlərdə, konsertproqramlarında çıxış edən ifaçıların seçimi qaydalarına gəlincəbildirmək istərdik ki, bu seçim tədbirin formatına, konsepsiyasına,habelə ifaçının repertuar məzmunun bu formata uyğunluğuna əsasənaparılır, müvafiq ekspert qrupunun qərarı ilə təsdiq edilir".

Qurumdan əlavə edilib ki, xatırlatmaq istərdik ki, MədəniyyətNazirliyinin ötən 2004-2022-ci illər dönəmini əhatə edən, keçmişfəaliyyəti ilə bağlı səsləndirilən müxtəlif fikirlərlə Nazirliyinbugünkü fəaliyyətinə kölgə salınması yolverilməzdir.

Seçilən
66
12
az.trend.az

10Mənbələr