AZ

Mirzoyan ABŞ dövlət katibinin müavini ilə müzakirə apardı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Huker ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişafı müzakirə olunub. Hər iki tərəf enerji, infrastruktur, süni intellekt və investisiyaların təşviqi də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını vurğulayıblar.

Seçilən
69
modern.az

1Mənbələr