AZ

“Barak Obamanı həbs cəzası gözləyir” - Amerikalı senator

ABŞ-nin sabiq Prezidenti Barak Obama Milli Kəşfiyyatın direktoru Tulsi Qabbardın kəşfiyyat məlumatlarının saxtalaşdırılması ilə bağlı hesabatından sonra həbs oluna bilər.

Missiya.Az xəbər verir ki, bu barədə amerikalı senator Aleksey Puşkov özünün “Teleqram” kanalında məlumat verib.

O bildirib ki, bundan sonra ABŞ Ədliyyə Nazirliyi Obamanın cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi ilə bağlı yekun qərarı verəcək.

“Narsisist, manipulyator və demaqoq Barak Obama həqiqətən də dəmir barmaqlıqlar arxasına düşmək riski daşıyır”, - deyə siyasətçi vurğulayıb.

Puşkov həmçinin cinayət təqibi üçün bütün əsasların mövcud olduğunu qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
66
missiya.az

1Mənbələr