AZ

TRIPP Ermənistanda: Huker İrəvanda

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elisоn Huker Ermənistanın paytaxtı İrəvandadır. Bu səviyyədə yüksək vəzifəli rəsmisinin səfəri adi hadisə deyil. Rəsmi məqsəd regionda ABŞ prezidentinin “qlobal baxışının” təşviqidir.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediasında diqqət çəkən xəbərlər yayılıb.

Yerli medianın xəbərinə görə, diqqət mərkəzində daha iddialı və siyasi cəhətdən yüklənmiş “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi dayanır. Görünən odur ki, TRIPP ABŞ–Ermənistan əməkdaşlığının yeni flaqman təşəbbüsünə çevrilir.

ABŞ-ın Ermənistandakı səfirliyi dövlət katibinin siyasi məsələlər üzrə müavini Elisон Huker İrəvana gəldiyini təsdiqləyib. Onun proqramında ölkə rəhbərliyi ilə görüşlər yer alır: baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan.

Elisоn Huker Dövlət Departamentində ABŞ-nin xarici siyasətinin həyata keçirilməsinə cavabdeh olan aparıcı karyera diplomatıdır. Bu səviyyədə rəsmisinin regiona göndərilməsi Vaşinqtonun sadəcə bəyanatlardan praktiki siyasi nəzarətə keçdiyini göstərir.

Bu səfər, həmçinin, bir müddət əvvəl Vaşinqtonda keçirilmiş görüşlərin davamıdır. Həmin görüşlərdə Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Huker ilə TRIPP layihəsinin başlanğıcını müzakirə edib.

Hukerin səfərini və TRIPP layihəsinin irəlilədilməsini Azərbaycan-Ermənistan nizamlanmasından ayırmaq mümkün deyil.

Həmin bəyannamənin əsas bəndi – Bakı və İrəvanın suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsipləri əsasında kommunikasiya xətlərini açmaq öhdəliyidir.

Yerli medianın yazdığına əsasən, beləliklə, Elisоn Hukerin səfəri sadəcə növbəti danışıqlar raundu deyil. Bu, Vaşinqtonun bölgədə iqtisadi və siyasi təsirini genişləndirmək niyyəti ilə bağlı megaproyekt üzrə “saatların uyğunlaşdırılmasıdır”.

Musavat.com 

Seçilən
58
9
musavat.com

7Mənbələr