AZ

Norveç 1998-ci ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb

Norveç milli komandası 2026-cı il FIFA Dünya Çempionatının seçmə mərhələsinin son turunda İtaliyanı 4:1 hesabı ilə məğlub edərək mundialın final mərhələsinə vəsiqə qazanıb.

Editor.az xəbər verir ki, görüş İtaliyanın Milan şəhərində baş tutub.

Qalib komandanın qollarını 63-cü dəqiqədə Antonio Nuza, 78 və 80-ci dəqiqələrdə Erlinq Haaland, eləcə də 90+3-cü dəqiqədə Yorgen Larsen vurub. İtaliya yığmasının yeganə qoluna isə 11-ci dəqiqədə Françesko Esposito imza atıb.

Səkkiz oyundan sonra Norveç 24 xalla I qrupunun lideri olub. 18 xal toplayan İtaliya isə Dünya Kubokunun pley-off mərhələsində iştirak etmək üçün mübarizəni davam etdirəcək.

Norveç millisi son dəfə 1998-ci ildə dünya çempionatında çıxış edib. Həmin mundialda komanda 1/8 finala yüksəlsə də, İtaliyaya 0:1 hesabı ilə uduzaraq yarışla vidalaşıb.

Dördqat dünya çempionu olan İtaliya isə son iki mundialda iştirak hüququ qazana bilməyib.

Pley-off mərhələsinin püşkatması 2025-ci il noyabrın 20-də Sürixdə keçiriləcək. Ümumilikdə 16 komanda 2026-cı ilin martında keçiriləcək oyunlarda dünya çempionatının əlavə dörd vəsiqəsi uğrunda mübarizə aparacaq.

// Gülnarə Abasova, Editor.az

Seçilən
70
28
editor.az

10Mənbələr