İsrail ABŞ-ın Səudiyyə Ərəbistanına F-35 qırıcılarını satmasına yalnız bir halda razılıq verəcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, məlumata görə, Təl-Əviv ABŞ-a bildirib ki, bu satış ancaq Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşdırılması prosesinə bağlanacağı təqdirdə mümkün ola bilər.
Axios-un yazdığına görə, İsrail xəbərdarlıq edir ki, Riyada diplomatik güzəştlər olmadan F-35 verilməsi strateji səhv olar və regionda güc balansını dəyişə bilər.
Musavat.com