ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
“Oklahoma-Siti”nin kanadalı oyun qurucusu Şey Gilces-Aleksander MBA tarixinə ardıcıl 80 oyunda minimum 20 xal toplayan ikinci basketbolçu kimi düşüb. "Football-plus.az" xəbər verir ki, noyabrın 5-də “Klippers”lə səfər oyununda 30 xal toplayıb. Gilces-Aleksanderə qədər belə seriyaya yalnız Uilt Çemberlen nail olub: 126 oyun (1961-63) və 92 oyun (1963-64). 27 yaşlı Gilces-Aleksanderi “Şarlott” MBA-nın 2018-ci il draftında 11 nömrə altında seçib. O, “Oklahoma-Siti”yə 2019-da keçib.Komanda göstəriciləri ilə bağlı da maraqlı məqamlar var. “Oklahoma-Siti”nin 8 oyunluq qələbə seriyasına srağagün “Portlend” son qoyub. Bununla belə, Qərb konfransında turnir cədvəlinə məhz oklahomalılar başçılıq edir. “Leykers” srağagün evdə “San-Antonio”nu məğlub edib. Meydan sahiblərinin hücumçusu Luka Donçiç qələbəyə 35 xal, 9 ribaund və 13 məhsuldar ötürmə ilə töhfə verib. Ardıcıl 5-ci qələbəsini qazanan “gölməçəsevərlər” Qərb konfransında 2-ci pillədə qərarlaşıb.Bu arada “Yuta”nın mərkəz oyunçusu Uoker Kesslerin sol çiynindəki zədə üzündən mövsümün qalan hissəsini buraxacağı ilə bağlı xəbər yayılıb. Onun cərrahi müdaxiləyə ehtiyacı var. Daha dəqiqi, Kessler dünən Los-Ancelesdə əməliyyat olunub.4 noyabrBruklin – Minnesota 109:125 (28:28, 31:35, 29:28, 21:34)İndiana – Miluoki 115:117 (22:31, 31:25, 24:28, 38:33)Nyu-York – Vaşinqton 119:102 (22:30, 35:24, 41:24, 21:24)Boston – Yuta 103:105 (25:21, 21:15, 26:38, 31:31)Memfis – Detroyt 106:114 (25:32, 23:26, 26:25, 32:31)Hyuston – Dallas 110:102 (24:28, 34:27, 23:23, 29:24)Denver – Sakramento 130:124 (39:30, 33:33, 32:30, 26:31)Portlend – Leykers 115:123 (33:24, 20:28, 33:38, 29:33)Klippers – Mayami 119:120 (30:32, 41:34, 24:37, 24:17)5 noyabrToronto – Miluoki 128:100 (39:29, 34:25, 32:26, 23:20)Nyu-Orlean – Şarlott 116:112 (33:30, 28:29, 26:34, 29:19)Çikaqo – Filadelfiya 76 113:111 (27:45, 29:30, 28:20, 29:16)Atlanta – Orlando 127:112 (32:23, 32:24, 34:30, 29:35)Qolden Steyt – Finiks 118:107 (33:19, 35:30, 24:34, 26:24)Klippers – Oklahoma-Siti 107:126 (33:23, 24:33, 29:38, 21:32)6 noyabrDetroyt – Yuta 114:103 (28:30, 25:25, 25:14, 36:34)İndiana – Bruklin 103:112 (18:25, 41:29, 24:26, 20:32)Klivlend – Filadelfiya 76 132:121 (41:27, 29:40, 37:20, 25:34)Nyu-York – Minnesota 137:114 (28:26, 26:32, 40:28, 43:28)Boston – Vaşinqton 136:107 (26:37, 44:23, 32:20, 34:27)Memfis – Hyuston 109:124 (22:34, 29:26, 29:34, 29:30)Dallas – Nyu-Orlean 99:101 (19:29, 30:23, 28:26, 22:23)Denver – Mayami 122:112 (36:33, 32:27, 33:26, 21:26) Leykers – San-Antonio 118:116 (26:29, 34:30, 28:37, 30:20)Portlend – Oklahoma-Siti 121:118 (21:41, 36:24, 24:21, 40:32)Sakramento – Qolden Steyt 121:116 (25:32, 32:30, 35:23, 29:31)7 noyabrFiniks – Klippers 115:102 (31:27, 17:24, 40:23, 27:28)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.