AZ

"Kapital bank" mütərilərinə PİS XƏBƏR - PUL TUTULACAQ

Birbank kartı olan bir çox müştəriyə 27 noyabrdan etibarən Kapital Bank bankomatlarından nağdlaşdırma və digər bank kartlarına köçürmələrdə 1% komissiya tutulacağı barədə SMS göndərilib.

Sitat.info xəbər verir ki, bank məsələ ilə bağlı rəsmi açıqlama yayıb.

Kapital Bank bildirir ki, nağdlaşdırma və digər yerli bank kartına köçürmə əməliyyatları üzrə komissiyasız aylıq limit hər bir müştərinin maliyyə davranışına uyğun olaraq fərdi şəkildə müəyyən edilir. 27.11.2025-ci ildən etibarən bəzi müştəri qrupları üçün Birbank bankomatlarından nağdlaşdırma və Birbank kartlarından ölkədaxili digər bank kartlarına köçürmələr üzrə komissiyasız limit ləğv ediləcəkYeni qaydalara əsasən, bu əməliyyatlara 1% komissiya (minimum 1 AZN/USD/EUR) tətbiq olunacaq.

Bank əlavə edib ki, Birbank kartlarından şəxsi vəsaitin digər Birbank (Kapital Bank) kartına köçürülməsi zamanı komissiya tutulmur.

 

Seçilən
18
3
sitat.info

4Mənbələr