AZ

Rusiya ordusu Ukraynada İRƏLİLƏYİR

Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalır.

Musavat.com xəbər verir ki, Ukrayna hərbi vəziyyətini izləyən “DeepState” resursu Rusiya ordusunun bir neçə istiqamətdə mövqelərini genişləndirdiyini bildirib.

Məlumata görə, Rusiya hərbçiləri son sutkada Donetsk vilayətinin Pokrovsk şəhəri istiqamətində irəliləyiblər. Bundan əlavə, Dnepropetrovsk vilayətinin Zlahoda yaşayış məntəqəsi, eləcə də Zaporojye vilayətinin Zelenıy Qay ərazisi yaxınlığında da Rusiya qüvvələrinin xeyrinə dəyişiklik qeydə alınıb.

Hesabatda qeyd edilir ki, Xarkov vilayətinin Petropavlovka kəndi ətrafında, Kupyansk istiqamətinə yaxın bölgədə də Rusiya ordusunun mövqeləri müəyyən qədər irəli çəkilib.

“DeepState” ekspertlərinin fikrincə, bu irəliləyişlər cəbhənin bir neçə hissəsində döyüşlərin intensivləşməsi ilə bağlıdır. Ukrayna komandanlığı vəziyyətin nəzarət altında saxlanıldığını bildirsə də, bölgədə gərginlik artır.

Seçilən
276
minval.info

1Mənbələr