Olaylar.az xəbər verir ki, bu barədə Rusiya mediası xəbər tirajlayıb. "Hərbi mənbə aydınlaşdırıb ki, Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyanı əks etdirən videogörüntülər onun Ukrayna Hərbi Hava Qüvvələrinin "Patriot" zenit raketi ilə vurulduğunu göstərir",- TASS yazıb.
İddia olunur ki, əgər "İsgəndər" raketi düşsəydi, krater Ukrayna videosunda göstəriləndən dəfələrlə böyük və dərin olardı və səfirlik kompleksi üçün nəticələr əhəmiyyətli dərəcədə dağıntı ilə xarakterizə olunardı. Əgər "İsgəndər"in döyüş başlığı havada partlasaydı, təkcə səfirlik binalarına deyil, şəhərdəki bütün ətraf binalara dəymiş ziyan çox olardı.
Bu, ilk dəfə deyil ki, Kiyev rejimi şəhər daxilində yerləşdirilmiş Ukrayna hava hücumundan müdafiə ekipajlarının qeyri-peşəkar hərəkətlərini Rusiyanın mülki infrastruktura iddia edilən zərbələrinin nəticələri kimi gizlətməyə çalışır", - agentliyin mənbəsi iddialarını davam etdirib. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31