AZ

Bu ölkədə həkimlər 5 günlük tətilə başladı

İngiltərədə həkim-rezidentlər uzun müddətdir davam edən əməkhaqqı mübahisəsi fonunda beşgünlük tətilə başlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, bu, Britaniya Tibb Assosiasiyasına üzv olan həkimlərin artıq 13-cü tətil aksiyasıdır.

Həkim-rezidentlər xəstəxanalardakı tibbi heyətin təxminən yarısını təşkil etdiyinə görə ən böyük yük məhz xəstəxanaların üzərinə düşəcək.

İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) xidmətlərin böyük hissəsini fəaliyyətdə saxlamağa çalışdıqlarını bildirib.

Seçilən
165
31
unikal.az

10Mənbələr