AZ

“Qiyamət Radio Stansiyası” sıradan çıxarılıb...

“Qiyamət Radio Stansiyası” və ya “zəng” kimi tanınan Rusiya hərbi radio stansiyası UVB-76 Ukrayna dronlarının hücumu səbəbindən sıradan çıxıb.

Ukrayna Silahlı Qüvvələrinin dronlarından biri ötürücünü enerji ilə təmin edən yarımstansiyaya zərbə endirib.

...Yayım müvəqqəti olaraq dayandırılacaq. Problem dronların yarımstansiyaya zərbəsi nəticəsində yaranan elektrik kəsilməsidir.

SİA-nın məlumatına görə, bunu "UVB-76 Efir" Telegram kanalı yazır.

Bunun stansiyanın yayımına, yoxsa Telegram kanalına aid olduğu aydın deyil.

İstifadəçilər tezlikdə adi vızıltı səsinin olmadığını qeyd ediblər.

Əli Babayev

Seçilən
107
8
sia.az

9Mənbələr