AZ

İran donanması Oman körfəzində neft tankerini ələ keçirib?

İran Hərbi Dəniz Qüvvələri Oman körfəzində Talara neft tankerini ələ keçirib və onu İran ərazi sularına doğru yönləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.

Bildiirlib ki, Tanker Marshall adaları bayrağı altında hərəkət edib. Gəmi Sinqapura doğru üzüb, lakin hadisədən sonra İran sahilinə yönəldilib. 

Tankeri idarə edən "Columbia Shipmanagement" şirkəti gəmiylə əlaqəni itirdiyini və bu barədə hakimiyyət orqanlarını məlumatlandırdığını açıqlayıb.

Tehran hələlik hadisəyə rəsmi şərh verməyib.

Seçilən
110
1
operativmm.az

10Mənbələr