AZ

Şirvandakı silah zavodunda qəza – Ölən var

Bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.

Tribunainfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Seçilən
216
50
tribunainfo.az

10Mənbələr