AZ

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri təyinat alıblar

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti dəfə təyinat alıblar.

AZƏRTAC xəbər verir ki, onlar kişilər arasında Avropa Kubokunun üçüncü mərhələsinin “Nilüfer Bələdiyyəspor” (Türkiyə) -“Red Boys”(Lüksemburq) matçında ədaləti təmsil edəcəklər.

Qarşılaşmada Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi yunanıstanlı Konstantinos Katsikis olacaq.

Görüş noyabrın 16-da Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman Kompleksində keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
6
azertag.az

7Mənbələr