AZ

Azərbaycan və Braziliya gömrük xidmətləri arasında saziş imzalanıb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Noyabrın 13-də Braziliya Federativ Respublikasının Manaus şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyası arasında “Gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında Saziş” imzalanıb.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hökumətlərarası sazişi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov və Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho imzalayıblar.

Qeyd edilib ki, bu sənəd iki ölkə arasında gömrük işi sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarətin asanlaşdırılması, gömrük nəzarətinin səmərəliliyinin artırılması və beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məsələlərində əhəmiyyət kəsb edir.

İmzalanan sazişin məqsədi gömrük məsələləri üzrə qarşılıqlı dəstək göstərmək, hüquqpozmaların qarşısının alınması və araşdırılması sahəsində inzibati yardım mexanizmini formalaşdırmaq, gömrük orqanları arasında məlumat və təcrübə mübadiləsini həyata keçirmək, eyni zamanda texniki əməkdaşlığın dərinləşdirilməsi, qabaqcıl idarəetmə və nəzarət üsullarının paylaşılması və gömrük prosedurlarının təkmilləşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
4
apa.az

3Mənbələr