AZ

Əhalinin dərman və tibbi mallara xərclədiyi pullar 1,3 milyard manata çatıb

2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 285,5 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-oktyabr ayına nisbətən 24,2% çoxdur.

Bu ilin 10 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 2,4% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Təkcə oktyabr ayı ərzində əhali 146,4 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıb

Seçilən
99
1
fed.az

2Mənbələr