AZ

Britaniyanın maliyyə naziri gəlir vergisini artırmaq planından imtina edib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

London, 14 noyabr, AZƏRTAC

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz bu ay təqdim olunacaq büdcədə gəlir vergisinin artırılması planından imtina edib.

AZƏRTAC “Financial Times”a istinadla xəbər verir ki, nazir bu qərarı seçiciləri və Leyboristlər Partiyasının bəzi deputatlarını narazı sala biləcəyi səbəbindən verib.

Son günlər R.Rivz dövlət maliyyəsində yaranan kəsiri doldurmaq üçün partiyanın manifest vədlərindən kənara çıxaraq gəlir vergisini artırmaq ehtimalını gündəmə gətirmişdi. Maliyyə çatışmazlığını qarşılamaq üçün R.Rivzin indi bir sıra kiçik vergi dəyişikliklərinə üstünlük verəcəyi gözlənilir. Mütəxəssislər bunun vergi sistemini daha mürəkkəb və səmərəsiz edə biləcəyi barədə xəbərdarlıq ediblər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
23
azertag.az

10Mənbələr