AZ

Rusiya dronlarla Ukraynadakı bazara zərbə endirib: ölənlər var

14 noyabr səhəri Rusiya hərbçiləri Odessa vilayətinin Çernomorsk şəhərindəki bazara kamikadze dronları ilə hücum həyata keçirib. Hadisə nəticəsində iki nəfər ölüb, yeddi nəfər isə yaralanıb. Yaralılardan bəziləri ağır vəziyyətdədir. Bu barədə Odessa Vilayət Administrasiyasının sədri Oleq Kiper məlumat verib.

Minval.info xəbər verir ki, ilkin məlumatlara görə, iki nəfər həlak olub, yeddi nəfər yaralanıb və onların bəzilərinin vəziyyəti ağırdır. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Hücum zamanı şəhər meydanı, mağaza fasadları və şəxsi nəqliyyat zədələnib. Partlayış dalğası yaxınlıqdakı kollec binasının pəncərələrini sındırıb.

Hadisə yerində xilasedicilər, tibb işçiləri və digər zəruri xidmətlər fəaliyyət göstərir.

Minval.info

Seçilən
80
minval.info

1Mənbələr