AZ

Çinli alimlər insan ömrünü 150 ilə qədər uzada biləcək

Çinin Şençjen şəhərində fəaliyyət göstərən Lonvi Biosciences biotexnologiya startapı insan ömrünü xeyli artırmağı hədəfləyən yeni preparat hazırladıqlarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Oddity Central" məlumat yayıb.

Şirkət bildirib ki, hazırlanan tablet “zombi hüceyrələr” kimi tanınan qocalmış, bölünmə qabiliyyətini itirmiş, lakin bədəndə iltihaba səbəb olan hüceyrələri hədəfləyir. İddialara görə, bu dərman nəzəri cəhətdən insan ömrünü 150 ilə qədəruzada bilər.

Lonvi şirkətinin baş direktoru İp Çju preparatı “Müqəddəs Qraali” adlandıraraq qeyd edib ki, onun əsas komponenti yalnız ömrü uzatmaqla kifayətlənmir, həm də hüceyrə səviyyəsində təsir göstərərək yaşlanma ilə bağlı xəstəliklərin riskini azalda bilər.

Şirkətin texniki direktoru Lyu Tsinxuanın sözlərinə görə, “150 ilə qədər yaşamaq tamamilə realdır” və yaxın illərdə bu kimi texnologiyalar gündəlik həyatın bir hissəsinə çevrilə bilər.

Dərman protsianidin C1 (PCC1) adlı molekula əsaslanır. Bu maddə üzüm çəyirdəklərindən əldə edilir və əvvəlki tədqiqatlarda laboratoriya gəmirənlərinin ömrünü uzatdığı göstərilmişdi. Şirkətin məlumatına görə, PCC1 qəbul edən siçanlar orta hesabla 9,4% daha uzun, terapiyaya doğulduqları gündən başlayanlar isə 64,2% daha uzun yaşayıblar.

Nuriyyə NATİQQIZI

 

Seçilən
139
10
redaktor.az

10Mənbələr