AZ

AzMİU Koreyanın Seul şəhərində QS tərəfindən “5 Stars” sertifikatı ilə təltif olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalqali təhsil reytinqləri üzrə dünyanın ən nüfuzlu qurumlarından biriolan Quacquarelli Symonds (QS) tərəfindən “5 Stars” sertifikatınalayiq görülüb. Sertifikatın rəsmi təqdimat mərasimi CənubiKoreyanın paytaxtı Seul şəhərində keçirilib.

Tədbirdə AzMİU-nu universitetin nümayəndə heyəti təmsil edib.Mərasimə dünyanın müxtəlif ölkələrindən tanınmış universitetrəhbərləri, akademiklər və təhsil ekspertləri qatılıb.

AzMİU “QS Stars Rating System” çərçivəsində aparılan çoxşaxəliqiymətləndirmə nəticəsində tədrisin keyfiyyəti, məzunların karyeraimkanları, tədqiqat göstəriciləri, müəllim–tələbə nisbəti,inklyuzivlik və beynəlmiləlləşmə kimi əsas meyarlar üzrə yüksəknəticələr göstərərək “5 Stars” statusunu qazanıb.

Təqdimat mərasimində çıxış edən AzMİU nümayəndələri bu uğurununiversitetdə son illər aparılan elmə və innovasiyaya əsaslananislahatların, keyfiyyət təminatı mexanizmlərinintəkmilləşdirilməsinin və dayanıqlı inkişaf prinsiplərinin tədris vəidarəetmə proseslərinə inteqrasiyasının məntiqi nəticəsi olduğunuqeyd ediblər.

Çıxışlarda həmçinin vurğulanıb ki, “5 Stars” sertifikatıAzMİU-nun beynəlxalq aləmdə nüfuzunun artmasının, qlobal akademikməkanda etibarlı tərəfdaş kimi qəbul edilməsinin və universitetinstrateji inkişaf planında nəzərdə tutulan məqsədlərə doğruirəliləməsinin mühüm göstəricisidir. Bildirilib ki, QS sistemininhərtərəfli təhlilləri universitetin gələcək inkişafprioritetlərinin müəyyən edilməsində mühüm istinad mənbəyiolacaq.

Mərasim çərçivəsində QS-in rəsmi nümayəndələri tərəfindən AzMİUnümayəndə heyətinə “5 Stars” sertifikatı və rəsmi nişanı təqdimedilib.

Bu uğur AzMİU-nun beynəlxalq arenada tanınmasının güclənməsi,qlobal akademik mühitə inteqrasiyasının dərinləşməsi və dayanıqlıali təhsil modellərinin tətbiqində lider mövqeyinin daha damöhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

AzMİU
Seçilən
370
5
az.trend.az

5Mənbələr