GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Sabiq İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu barəsində hazırlanan 3900 səhifəlik ittihamnamə haqda yeni iddia irəli sürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Bildirilib ki, CHP sədri Özgür Özəl akta sərt reaksiya versə də, əslində hesabatla tanış olmayıb və bunun əvəzinə süni intellektə xülasə hazırlatdırıb.
“3900 səhifəlik ittihamnamə açıqlananda Özgür Özəl qərargahından hesabat istəyib. Seçki və hüquq məsələləri üzrə sədr müavini süni intellektdən istifadə edərək ittiham aktını ümumiləşdirib. Seçki və Hüquq Məsələləri şöbəsi ittihamnamənin tam oxunmasının 10 gün çəkəcəyini düşünüb. Nəticədə ilkin xülasə süni intellekt vasitəsilə tərtib edilərək Özələ göndərilib”, – deyə qəzet qeyd edib.
Xatırladaq ki, sözügedən ittihamlar əsasında prokurorluq İmamoğlu üçün 2430 ilə qədər həbs cəzası istəyib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.