AZ

Naxçıvanda bu il uşaqlara ən çox qoyulan adlar açıqlanıb

Naxçıvan, 14 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında cari ildə doğumu qeydə alınmış körpələr arasında ən çox qoyulan adlar açıqlanıb.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kişi cinsindən olan körpələrə ən çox Uğur, Əli, Hüseyn, Yusif, Raul, Alparslan, Atilla və Məhəmməd adları verilib.

Qadın cinsindən olan körpələrə isə Zəhra, Aylin, Nilay, Zeynəb, Ayla, İnci, Melisa, Alisa və Miray kimi adların verilməsi üstünlük təşkil edib.

 

Seçilən
30
16
azertag.az

10Mənbələr